...

Konfrans Liqası: Birminqem və Florensiyada qol şousu

İdman Materials 3 May 2024 01:08 (UTC +04:00)
Konfrans Liqası: Birminqem və Florensiyada qol şousu

Bakı. Trend:

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Avropanın üçüncü dərəcəli klub turnirində iki matçda qapılara 11 qol vurulub.

“Böyük beşlik” təmsilçiləri evdə fərqli nəticə göstəriblər. “Fiorentina” son dəqiqə qolu ilə “Brügge”ni məğlub edib. “Aston Villa” isə öz meydanında “Olimpiakos”dan 4 top buraxıb.

Qeyd edək ki, cavab oyunları mayın 9-da keçiriləcək.

Konfrans Liqası
Yarımfinal, ilk oyunlar
2 may
23:00. “Fiorentina” – “Brügge” - 3:2
23:00. “Aston Villa” – “Olimpiakos” - 2:4

Məqalədə:
Xəbər lenti

Xəbər lenti