...

Tədris günlərinin sayı ilə bağlı müzakirələrə başlamalıyıq - Nazir

Cəmiyyət Materials 29 Dekabr 2023 10:24 (UTC +04:00)
Tədris günlərinin sayı ilə bağlı müzakirələrə başlamalıyıq - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Tədris günlərinin sayı ilə akademik nəticələr arasında çox sıx əlaqə var.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Azərbaycanda tədris günlərinin sayı elə də çox deyil.

"Tədris müddətimiz uzun deyil. Bu uzun müddətli islahat istiqaməti ola bilər. Cəmiyyətdə belə müzakirələr çoxdur. Biz təhsili məişət səviyyəsində saxlayıb, o səviyyədə də müzakirə aparsaq, elə bu səviyyədə də qalacaq.

Anlamalıyıq ki, tədris müddəti ilə akademik nəticə arasında əlaqə var. Bu istiqamətdə müzakirələrə başlamalıyıq. Ən ağrılı yerimiz ictimai müzakirənin keyfiyyətidir. İlk növbədə problemi qəbul etməliyik. Məsələn, bizdə tədris müddəti qısadır və bu problemdir", - deyə E. Əmrullayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti