...

Azərbaycanın gənclərdən ibarət otüstü xokkey yığması "Trophy" divizionuna vəsiqə uğrunda mübarizə aparacaq

Cəmiyyət Materials 21 İyul 2006 16:18 (UTC +04:00)

Azərbaycanın kişilərdən ibarət otüstü xokkey yığması iyulun 22-də Bratislavada başlayacaq "Challenge Cup" yarışında çıxışa başlayacaq.

Trend in xəbər verdiyi kimi, idmançılarımız "A" qrupuna düşüb və birinci tur çərçivəsində Rumıniya ilə qarşılaşacaq. Bir gün sonra Ramiz Əliyevin yetirmələri Bolqarıstanla gücünü sınayacaq. Daha sonra iştirakçılara istirahət veriləcək. İyulun 25-də kollektiv litvalılarla üz-üzə gələcək, qrup mərhələsinin sonuncu günündə isə Ukrayna ilə görüşəcək. Komanda yarımfinala düşmək və daha yüksək "Trophy" divizionuna vəsiqə qazanmaq uğrunda mübarizəni davam etdirmək üçün qrupda ilk yerlərdən birini tutmalıdır.

Qeyd etmək lazımdır ki, "B" qrupunda Türkiyə, Xorvatiya, Belarus, Slovakiya və Yunanıstan yarımfinalda yer uğrunda mübarizə aparmalıdır.

Xəbər lenti

Xəbər lenti