...

Klublarımızın UEFA reytinqindəki mövqeyi açıqlandı

İdman Materials 26 Avqust 2023 17:01 (UTC +04:00)
Klublarımızın UEFA reytinqindəki mövqeyi açıqlandı

Bakı. Trend:

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb.

Trend xəbər verir ki, avrokuboklarda pley-off mərhələsinin oyunları müəyyən yerdəyişmələrə səbəb olub.

Son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən tərtib edilən siyahıda ən yüksək reytinqli Azərbaycan klubu “Qarabağ”dır. Ağdam təmsilçisi Avropa Liqasının pley-offunda Sloveniya komandası “Olimpiya”nı 2:0 hesabı ilə məğlub etsə də, bunun mövqeyə təsiri olmayıb. Qurban Qurbanovun yetirmələri 24.500 xalla 62-ci yerdədirlər.

“Qarabağ”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 10.000 əmsalı olan “ağ-qaralar” 4 komanda ilə birlikdə 135-ci pilləni bölüşdürür. Adrian Mutunun kollektivi də yerində qalıb.

“Qəbələ” isə növbəti dəfə geriləyib. “Qırmızı-qaralar” 4.500 xalla 270-cidirlər.

Azərbaycan çempionatının digər iştirakçılarından “Sabah”, “Zirə”, “Sumqayıt”, “Səbail” və elitanı tərk edən “Şamaxı” 3,350 xalla 334-cü pilləni bölüşdürürlər.

UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (124.000) başçılıq edir. Almaniyanın “Bayern” klubu 120.000 əmsalla ikinci sırada yer alıb. İlk “üçlüy”ü Madrid “Real”ı (106.000) qapayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti