...

Millimizin toplanışa başlayacağı vaxt müəyyənləşib

İdman Materials 28 May 2024 11:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan milisinin hazırlıq planı bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu yığmamızın məşqçisi Arif Əsədov AFFA-nın mətbuat xidmətinə açıqlayıb.

İyunda iki yoldaşlıq oyunu keçirəcək komandamız mayın 30-da təlim-məşq toplanışına başlayacaq. Yığmamız ilk günlər mövsümü bitirən futbolçularla hazırlıq keçəcək.

Üç günlük məşq prosesindən sonra komandaya istirahət veriləcək. İyunun 3-də millimiz yenidən bir araya gələcək. Həmin vaxtdan komanda tam heyətlə təlim-məşq toplanışına başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Albaniya, 11-də Qazaxıstanla görüşəcək. Hər iki matç Macarıstanda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti