Bakı. Trend:
"Səbail"in yeni baş məşqçisinin adı məlum olub.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, komanda Cavid Hüseynova tapşırılıb.
36 yaşlı mütəxəssislə 2025/2026-cı il mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Paytaxt təmsilçisi 13 noyabr tarixində, saat 18:00-da Cavid Hüseynovun rəhbərliyi altında ilk məşqinə çıxacaq.
Qeyd edək ki, Cavid Hüseynov son olaraq “Turan Tovuz” klubunda baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
Əlavə edək ki, "Səbail"in son baş məşqçisi Şahin Diniyev idi. O, noyabrın 3-də istefa verib. Həmin vaxtdan indiyədək komandaya müvəqqəti olaraq Elvin Məmmədov baş məşqçilik edib.