Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir N.İsmayılova/
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu ayın sonunadək vaxt etalonu almaq niyyətindədir. Bu barədə Komitə sədri Ramiz Həsənov deyib.
Komitə sədri Milli Etalon Mərkəzinin fəaliyyətə başlaması və ilk sifarişlərin alınması barədə də məlumat verib.
"Komitənin 2011-ci il üçün planlarına yerli standartların Avropa və beynəlxalq standartlara uyğunlaşdırılması daxildir. Ötən il biz 162 yeni standarta keçmişik", - Həsənov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda tətbiq olunan standartlar Avropada tanınmalıdır ki, ölkə öz mallarını Avropa bazarlarına ixrac edə bilsin.
Həsənov bildirib ki, bununla yanaşı, 2011-ci ildə laboratoriyaların tikintisi də davam etdiriləcək.
"Ötən il ərzaq mallarının keyfiyyətinin yoxlanılması üzrə bir laboratoriya Gəncədə tikilib. İndi biz Salyan, Lənkəran və Sumqayıtda laboratoriyalar açmağı planlaşdırır", - Həsənov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan artıq Avropa bazarlarına fındıq, şirə, cem və mürəbbə kimi məhsulları sərbəst ixrac edir, çünki onların yerli standartları Aİ tərəfindən artıq tanınıb.