...

Azərbaycanda Türkiyənin "İş Bankası" bankının nümayəndəliyinin açılması mümkündür - Mərkəzi Bank

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2011 13:56 (UTC +04:00)
Türkiyənin "İş Bankası" bankı Azərbaycanın bank bazarına çıxmaqla bağlı marağını saxlayır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov bildirib.
Azərbaycanda Türkiyənin "İş Bankası" bankının nümayəndəliyinin açılması mümkündür - Mərkəzi Bank

Azərbaycan, Bakı, 4 oktyabr /Trend müxbir N.İsmayılova/

Türkiyənin "İş Bankası" bankı Azərbaycanın bank bazarına çıxmaqla bağlı marağını saxlayır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov bildirib.

"Ola bilsin ki, gələn il Azərbaycanda Türkiyənin "İş Bankası" bankının nümayəndəliyi açılsın", - Orucov deyib.

Bir müddət əvvəl "İş Bankası" MDB məkanında və Misirdə əməliyyatların genişləndirilməsinə dair planlarını açıqlayıb. Strukturun məlumatında deyilir ki, bank Azərbaycanda filial açmağı planlaşdırır.

"İş Bankası" Türkiyənin bank orqanı tənzimləyicisindən Bakıda filialının və Qahirədə nümayəndəliyinin açılması ilə bağlı artıq icazə alıb. Eləcə də Rusiyada, Ukraynada və Qazaxıstanda firmaların vasitəçiliyi ilə bank əməliyyatlarının genişləndirilməsinə dair niyyətlər var", - bankın bir müddət əvvəl yaydığı məlumatda deyilir.

2008-ci ildə "İş Bankası" Azərbaycan Mərkəzi Bankına ölkədə bank əməliyyatalrının genişləndirilməsi haqqında təkliflə müraciət edib, lakin o zaman ölkənin bank bazarına daxil olmaq forması - filial şəklində və ya fəaliyyətdə olan bankda iştirak payının alınması ilə bağlı məsələdə qeyri-müəyyənlik qalmışdı.

Bu gün Azərbaycanda 44 bank fəaliyyət göstərir, onlardan 22-də xarici kapital iştirak edir. Onlardan yeddisinin kapitalında xarici kapitalın həcmi 50-dən 100-dək, 13-də 50 faizədək təşkil edir. Ölkədə iki xarici bankın filialı fəaliyyət göstərir.

Azərbaycanda habelə 4 xarici bankın nümayəndəliyi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti