Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir S.Əliyev /
Azərbaycanda xarici şirkətlərlə imzalanan 27 neft-qaz müqaviləsi çərçivəsində yatırılan sərmayələrin həcmi 30 mlrd. dollar təşkil edib. Bu barədə cümə günü jurnalistlərə SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev bildirib.
"Bu gün xarici şirkətlərin iştirakı ilə Azərbaycanın ümumi neftinin 85 faizi, qazın isə 70 faizi hasil edilir", - deyə xarici şirkətlərin iştirakı ilə 30 BM və altı alyans yaradan SOCAR rəhbəri bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]