Bakı. Trend:
Niderlandın ING bank qrupu “Brent” markalı neft və “Dutch TTF” təbii qaz markalı təbii qaz qiymətləri üzrə 2028-ci ilə qədər olan dövrü əhatə edən yenilənmiş proqnozlarını dərc edib.
Trend bu barədə bank qrupuna istinadən xəbər verir.
Analitiklərin hesablamalarına görə, 2025-ci ildə “Brent” markalı neftin ortaillik qiyməti bir barel üçün 62 ABŞ dolları, “Dutch TTF” qazının isə qiyməti bir meqavatt-saat üçün 35 avro təşkil edəcək. 2026-cı ildə “Brent” neftinin və “Dutch TTF” təbii qazının ortaillik qiymətləri müvafiq olaraq bir barel üçün 56,5 dollar və bir meqavatt-saat üçün 31 avro səviyyəsinə çatacaq. 2027-ci ildə “Brent” markalı neftin ortaillik qiyməti təxminən 62 dollar səviyyəsində qalacaq, Dutch TTF-in qiyməti isə təxminən bir meqavatt-saat üçün 26 avroya qədər azalacaq.
Xüsusilə, 2025-ci ilin dördüncü rübündə “Brent” markalı neftin qiymətinin bir barel üçün 62 dollar səviyyəsində olacağı proqnozlaşdırılır. “Dutch TTF” üçün isə həmin dövrdə qiymətlərin bir meqavatt-saat üçün 35 avro səviyyəsində olacağı gözlənilir.
