...

Azərbaycanda ay ərzində genişzolaqlı internetin inkişaf konsepsiyası qəbul ediləcək

Telekommunikasiya Materials 1 İyul 2011 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir H.Vəliyev/

Bu ay Azərbaycanda "2011-2013-cü illər üçün genişzolaqlı internetin inkişaf konsepsiyası" qəbul ediləcək. Bu barədə cümə günü Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, hazırda digər dövlət orqanları ilə konsepsiyanın razılaşdırılması gedir. Onların təklifləri əsasında konsepsiyanın son variantı formalaşdırılacaq.

Strategiyada həm infrastukturun, həm də bilavasitə internet servis provayderlərinin regionlara çıxışına lazımi şəraitin yaradılması üçün kompromis təkliflər əks olunub.

Strategiyada göstərilən mühüm aspektlərdən biri də simsiz Wi-Fi-ın həm paytaxtda inkişaf etdirilməsi, həm də infrastrukturunun genişləndirilməsi və bu texnologiyanın bazası əsasında internet şəbəkəsindən pulsuz istifadə üçün xidmətlərin göstərilməsidir.

Genişzolaqlı internetin inkişaf konsepsiyası internet bazarın genişlənməsinə, respublikanın bütün ərazisi üzrə evdən qoşulmaların sayının artırılmasına yönəlib. Onun inkişafı internet tariflərinə də təsir edəcək. Onlar tədricən aşağı düşəcək. Yeni konsepsiya perspektivdə internet şəbəkəsindən istifadənin qiymətini iki dəfə azaltmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti