...

ABŞ hərbi gəmisi Poti limanına daxil olacaq

Dünya xəbərləri Materials 16 Oktyabr 2008 22:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 oktyabr / Trend müxbir N. Kirtsxalia/ Oktyabrın 17-də ABŞ-ın "Barry" (DDG 52) raket kreyseri Gürcüstanın Poti limanına daxil olacaq. Bu, Arleigh Burke tipinə aid raket kreyserinə aiddir və ABŞ hərbi donanmasında sayca dördüncüdür.

ABŞ-ın Gürcüstandakı səfirliyindən bildiriblər ki, Gürcüstanın rəsmi şəxsləri və Poti sakinləri saat 13.00-də limanda gəmi ekipajını qarşılayacaqlar. Poti meriyası ilə birgə şəhərin xarici görünüşünün yaxşılaşdırılması məqsədilə bir sıra ictimai xarakterli aksiyaların keçirilməsi planlaşdırılır. "Barry" kreyseri Potini oktyabrın 20-də tərk edəcək.

KİV nümayəndələrinə də gəmi ilə tanış olmaq imkanı yaradılacaq.

Xəbər lenti

Xəbər lenti