...

İran heç bir təhlükə yaratmır

Dünya xəbərləri Materials 21 Dekabr 2009 15:45 (UTC +04:00)
İranın Fars körfəzinin Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının üzvlərinə qarşı hərbi və siyasi təhlükəsi şişirdilib. Bu barədə Böyük Briyaniyanın İrandakı keçmiş səfiri bildirib. Məlumatı Press TV yayıb.
İran heç bir təhlükə yaratmır

İranın Fars körfəzinin Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (FKƏDƏŞ) üzvlərinə qarşı hərbi və siyasi təhlükəsi şişirdilib. Bu barədə Böyük Briyaniyanın İrandakı keçmiş səfiri bildirib. Məlumatı Press TV yayıb.

"Səddam Hüseyn rejiminin süqutundan sonra İranın artan rolu və təsiri şişirdilib", - bazar ertəsi BƏƏ-nin "Gulf News" qəzeti Riçard Daltonun istinadən bildirib.

FKƏDƏŞ-nin üzv dövlətləri, İraq və İran arasında təhlükəsizlik sahəsində daha geniş regional əməkdaşlığın tərəfdarı olan Dalton israr edir ki, İranın təsiri güclənməyib.

"İran sizin ərazidə (Fars körfəzində) hakim mövqe tutmayacaq. Düşünürəm ki, "hegemonluq" anlayışını İran kimi ölkəyə tətbiq etmək olmaz", - Dalton bu yaxınlarda BƏƏ-dəki Strateji Araşdırmalar Mərkəzində çıxışında deyib.

Dalton həmçinin əlavə edib ki, fikir ayrılıqlarına və maneələrə baxmayaraq, Fars körfəzi ölkələri və İran arasında proqressiv yanaşmanın qəbul edilməsi şərtləri ilə, antiiran alyansının yaradılmaması əsasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Xəbər lenti

Xəbər lenti