...

Trend İnformasiya Agentliyi Tehranda beynəlxalq KİV festivalında iştirak edir

Dünya xəbərləri Materials 25 Oktyabr 2010 19:24 (UTC +04:00)
Azərbaycanın Trend Beynəlxalq İnformasiya Agentliyi Tehranda Beynəlxalq Mətbuat və xəbər agentliklərinin XVII festivalında iştirak edir.
Trend İnformasiya Agentliyi Tehranda beynəlxalq KİV festivalında iştirak edir

İran, Tehran, 25 oktyabr /Trend, xüsusi müxbir T.Cəfərov/

Azərbaycanın Trend Beynəlxalq İnformasiya Agentliyi Tehranda Beynəlxalq Mətbuat və xəbər agentliklərinin XVII festivalında iştirak edir.

Bazar ertəsi açılış mərasimində İranın mədəniyyət və irşad naziri Məhəmməd Hüseyni və bu nazirliyin nümayəndələri iştirak ediblər.

Festivalın açılışında İranın mədəniyyət və irşad nazirinin mətbuat üzrə müavini Məhəmməd Əli Ramin bildirib ki, cari ildə keçirilən sərginin səviyyəsi sabiq illə müqayisədə bir xeyli artıb. Onun sözlərinə görə, ötənilki festivalda 480 pavilyon var idi, lakin builki festivalda 780 pavilyon nəzərdə tutulub ki, bunun da 600-ü quraşdırılıb.

Raminin sözlərinə görə, İranda 2400 KİV fəaliyyət göstərir ki, onların hamısı festivala qatılıb, ölkə daxilində fəaliyyət göstərən 1600 əyalət qəzeti öz nümayəndələrini sərgiyə göndəriblər və ilk dəfə olaraq, qeydiyyatdan keçmiş 300 tələbə qəzetindən 200-ü sərgidə iştirak edir.

Onun sözlərinə görə, ötən il 28 ölkədən 44 KİV və 74 qonaq sərgiyə qatılmışdı. "Builki sərgidə isə 55 ölkədən 175 KİV və 250 qonaq nəzərdə tutulub ki, onların 200-ü artıq sərgiyə qatılıb", - nazir müavini deyib.

Xəbər lenti

Xəbər lenti