...

ABŞ-da koronavirusu ev şəraitində müəyyən edən testlərin keçirilməsinə lisenziya verilib

Dünya xəbərləri Materials 22 Aprel 2020 13:30 (UTC +04:00)
ABŞ-da koronavirus infeksiyasını ev şəraitində müəyyənləşdirmək üçün testlərin keçirilməsinə lisenziya verilib
ABŞ-da koronavirusu ev şəraitində müəyyən edən testlərin keçirilməsinə lisenziya verilib

Bakı. Trend:

ABŞ-da koronavirus infeksiyasını ev şəraitində müəyyənləşdirmək üçün testlərin keçirilməsinə lisenziya verilib.

Trend-in məlumatına görə, lisenziyanı ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin Ərzaq və Dərman preparatlarının Keyfiyyətinə Nəzarət Xidməti verib.

Qeyd olunur ki, özünün koronavirusa yoluxmasından şübhələnən şəxs evi tərk etmədən test keçirə bilər. Daha sonra nəticələr germetik qablaşdırmada müvafiq laboratoriyaya göndərilir.

Test sisteminə burundan nümunə götürmək tampon və duz məhlulu daxildir.

Lisenziyanı alan “LabCorp” şirkəti yaxın zamanlarda bir çox ştatda test sistemlərini tədarük edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti