...

Çin yeni peykini uğurla orbitə çıxarıb

Dünya xəbərləri Materials 15 Oktyabr 2023 07:38 (UTC +04:00)
Çin yeni peykini uğurla orbitə çıxarıb

Bak. Trend:

Çinin "Long March-2D" daşıyıcı raketi “Yunhai-1-04” hava peykini uğurla orbitə çıxarıb.

Trend-in məlumatına görə, raket Pekin vaxtı ilə saat 08:54-də (Bakı vaxtı ilə saat 04:54) Ciuquan kosmodromundan buraxılıb.

“Yunhai-1” seriyalı qurğular Şanxay Kosmik Texnologiyalar Akademiyası tərəfindən atmosferin, yerin su hövzələrinin və kosmik mühitin vəziyyətini izləmək, təbii fəlakətlərin qarşısını almaq və onlarla mübarizə aparmaq, həmçinin elmi təcrübələr aparmaq üçün yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti