...

AK Moldovanın Enerji Effektivliyi Fonduna 10 milyon avro ayıracaq

Dünya xəbərləri Materials 3 Fevral 2024 01:52 (UTC +04:00)
AK Moldovanın Enerji Effektivliyi Fonduna 10 milyon avro ayıracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası (AK) Moldovanın Enerji Effektivliyi Fonduna 10 milyon avro və Milli Dayanıqlı Enerji Mərkəzinə texniki dəstək üçün 3 milyon avro ayıracaq.

Trend xəbər verir ki, bu barədə Kişineuda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib.

Moldovanın energetika naziri Viktor Parlikov ilə keçirdiyi birgə brifinqdə o qeyd edib ki, AK həm də elektrikləşdirmə prosesini genişləndirməklə, eləcə də enerji sektorunu optimallaşdırmaqla 2050-ci ilə qədər emissiyaların sıfır səviyyəsinə nail olmaqda ölkəyə dəstək verəcək.

“Danışıqlara başlamaq qərarından sonra biz Aİ ilə dialoqumuzun daha da intensiv olacağı yeni mərhələyə qədəm qoyuruq ki, 2027-2028-ci illərdə Rumıniya və Beltsı-Suçava ilə enerji əlaqəsini başa çatdıranda Aİ-nin enerji bazarına inteqrasiya edə bilək”, - Parlikov bildirib.

Moldova Vulkaneştı-Kişineu və Beltsı-Suçava hava elektrik xətlərinin (400 kV) çəkilməsi, eləcə də Straşenıda 400 kV-lik üçüncü şəbəkələrarası xəttin tikintisini davam etdirməyi öhdəsinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti