Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makronun sentyabrın 21-də Ermənistana səfər edəcəyi gözlənilir.
Trend verir ki, bu barədə Ermənistan KİV-ləri Fransadakı erməni icmasına istinadən məlumat yayıb.
Məlumata gör, səfər Ermənistanın Müstəqillik Gününə təsadüf edəcək və hazırda onun detalları müzakirə olunur.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu il fevralın 21-də Emmanuel Makronu ölkəsinə dəvət edib.