...

ÜST rəhbəri Qəzzadakı vəziyyətlə bağlı çağırış etdi

Dünya xəbərləri Materials 16 Avqust 2024 16:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun sonunda və sentyabrda Qəzzada sirkulyasiya edən virus variantının yayılmasının qarşısının alınması üçün iki tur poliomielitə qarşı peyvənd kampaniyasının başlanması gözlənilir.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkə hesabında yazıb.

"Həyat xilasedici peyvəndlərin ehtiyacı olan bütün uşaqlara çatması üçün humanitar fasilələr çox vacibdir. Biz bütün tərəflərdən kampaniyanın hər turunda yeddi gün ərzində humanitar fasilələr tətbiq etməyi xahiş edirik",- Qebreyesus qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti