Bakı. Trend:
İrəvan Respublika meydanında arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə müxalifətin mitinqi başlayıb.
Bu barədə Trend Ermənistan KİV-nə istinadən xəbər verir.
“Mübarizəmizin aktiv mərhələsini bərpa edərək, oktyabrın 2-də saat 18:30-da Respublika meydanına toplaşırıq. Biz zəmanətli qələbə ilə gərgin və ardıcıl mübarizə mərhələsinə, geri çəkilmədən əzmkar, səbirli mübarizə mərhələsinə keçirik”, - deyə Qalstanyan bir müddət əvvəl bildirib.