...

Almaniyada könüllü yanğınsöndürən qəsdən yanğınlar törətdiyini etiraf edib

Dünya xəbərləri Materials 1 Aprel 2025 05:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada bir könüllü yanğınsöndürən şöhrət qazanmaq və ictimai diqqət çəkmək məqsədilə Hessen və Bavariya arasındakı sərhəd bölgəsində qəsdən yanğınlar törətdiyini etiraf edib.

Trend xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

Prokurorlar 2018-2024-cü illər arasında şübhəli şəxsin 20 yanğın və üç yanğın cəhdi törətdiyini, bunlardan ikisinin ağırlaşdırılmış cinayət hesab edildiyini bildiriblər. İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs yanğınları müəyyən müddət sonra alovlandırmaq üçün taymerli xüsusi qurğu hazırlayıb.

Məlumata görə, o, əsasən odun yığınlarını, meşələri, çəmənlikləri və ov qüllələrini yandırıb. Lakin illər keçdikcə daha qiymətli əşyaları hədəf almağa başlayıb – məsələn, bir ailənin bağ evi və arıxanası olan meşə daxması. Hər iki obyekt sahibləri tərəfindən yaşayış yeri kimi istifadə olunurdu.

Yanğınlar nəticəsində xəsarət alan olmayıb.

2024-cü ilin yayında 47 yaşlı könüllü DNT izləri əsasında müəyyən edilib və istintaq təcridxanasına salınıb. Aşaffenburq Regional Məhkəməsində keçirilən prosesdə müttəhim bəzi yanğınları törətdiyini etiraf edib.

Onun sözlərinə görə, heç kimə zərər vermək istəməyib və yalnız mətbuatın diqqətini cəlb etmək üçün bu cinayətləri törədib.

Xəbər lenti

Xəbər lenti