Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın Çaqos adalarını Mavrikiyə təhvil vermək barədə razılaşmasına təsdiq verib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisi məlumat yayıb.
Məlumata görə, Mavrikiyə verilməsi planlaşdırılan Çaqos adaları ilə bağlı razılaşmanın detalları Trampın razılığından sonra yekunlaşmaq üzrədir.
Qeyd edək ki, Çaqos adaları Hind okeanında yerləşir və strateji baxımdan əhəmiyyətli ərazidir. Hazırda adalar qrupuna daxil olan tropik Dieqo Qarsiya adasında ABŞ və Böyük Britaniyanın birgə hərbi bazası yerləşir.