...

Tramp may ayında Səudiyyə Ərəbistanına səfər edəcək

Dünya xəbərləri Materials 1 Aprel 2025 21:31 (UTC +04:00)
Tramp may ayında Səudiyyə Ərəbistanına səfər edəcək

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp may ayında Səudiyyə Ərəbistanına səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Livitt brifinqdə bildirib.

"Prezident may ayında Səudiyyə Ərəbistanına səfər edəcək. Konkret tarixlərə və [səyahətin] təfərrüatlarına gəlincə, biz imkan daxilində onlar haqqında sizə məlumat verəcəyik", - deyə o qeyd edib.

K.Livittdən Trampın səfərinin Qəzzada və ya Ukraynada atəşkəs şərti olub-olmaması da soruşulub.

"Atəşkəsə gəlincə, prezident bunun Rusiya və Ukraynaya şamil olunmasını arzuladığını açıq şəkildə bildirdi. Onun komandası bu gün işini davam etdirir. Onun komandası hər gün bunun üzərində işini davam etdirir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti