...

ABŞ BMT-də Ukraynanın qətnaməsinin əleyhinə səs verib

Dünya xəbərləri Materials 11 Dekabr 2025 18:33 (UTC +04:00)
ABŞ BMT-də Ukraynanın qətnaməsinin əleyhinə səs verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ nümayəndələri BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı Çernobıl fəlakətinin uzunmüddətli fəsadlarına dair Ukraynanın təqdim etdiyi qətnamənin əleyhinə səs veriblər.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Sənədə qarşı bundan başqa Rusiya, Belarus, Çin, Şimali Koreya, Nikaraqua və Nigeriya səs verib.

Qeyd olunur ki, qətnamə 97 ölkənin lehinə verdiyi səslə qəbul olunub. 39 ölkə səsvermədə iştirak etməkdən imtina edib.

Təşəbbüs nüvə təhlükəsizliyi sahəsində qlobal əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti