...

Cənubi Koreyada 1400 Mvt atom enerji bloku istismara verilir

Dünya xəbərləri Materials 30 Dekabr 2025 19:00 (UTC +04:00)
Cənubi Koreyada 1400 Mvt atom enerji bloku istismara verilir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyada gücü 1400 MVt olan atom enerji blokunun istismara verilməsinə icazə verilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Cənubi Koreyanın Nüvə Təhlükəsizliyi və Mühafizəsi üzrə Komissiyasının məlumatına görə, Ulsan şəhərində yerləşən “Saul” (Saul/Sauel) AES-in 3 nömrəli enerji blokunda altı ay müddətində sınaq istismarına başlayacaq. Bundan sonra reaktorun 2026-cı ildə kommersiya istismarına verilməsi planlaşdırılır.

Cənubi Koreyada 26 nüvə reaktoru fəaliyyət göstərir, daha üç reaktor isə tikinti mərhələsindədir. 2024-cü ildə ölkədə elektrik enerjisi istehsalının 31,7 faizi atom energetikasının payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti