...

Cənubi Koreyanın sabiq baş nazirinə 23 il həbs cəzası verildi

Dünya xəbərləri Materials 21 Yanvar 2026 11:18 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyada birinci instansiya məhkəməsi ölkənin keçmiş Baş naziri Xan Dok Sunu 23 il azadlıqdan məhrum edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, o, 2024-cü ildə hərbi vəziyyətin elan olunması ilə əlaqədar konstitusiya nizamına qarşı qiyam işi üzrə təqsirli bilinib.

Han Dok Su qiyamda əsas fiqurlardan biri olmaqda və sui-qəsdçilərin liderinə – sabiq prezident Yun Sok Yola – yardım göstərməkdə ittiham olunurdu. Prokurorluq onun üçün 15 il həbs cəzası tələb etmişdi.

2024-cü ilin dekabrında Yun Sok Yol konstitusiyanı pozaraq hərbi vəziyyət elan etmiş, nəticədə sonradan hakimiyyətdən uzaqlaşdırılmışdı. Həmin dövrdə Han Dok Su baş nazir vəzifəsini tuturdu və daha sonra Koreya Respublikasının prezidentinin səlahiyyətlərini müvəqqəti icra etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti