...

Şuşa foto və rəsmlərdə anıldı (FOTO)

Mədəniyyət Materials 7 May 2012 15:48 (UTC +04:00)
Bakıda bazar ertəsi "Şuşa Azərbaycanın tarix və mədəniyyət incisidir" adlı foto və rəsm sərgisi təşkil olunub.
Şuşa foto və rəsmlərdə anıldı (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/

Bakıda bazar ertəsi "Şuşa Azərbaycanın tarix və mədəniyyət incisidir" adlı foto və rəsm sərgisi təşkil olunub.

Trend-in məlumatına görə, Muzey Mərkəzində təşkil olunan sərginin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanın bütün mədəniyyət ocaqlarında, muzeylərində İlham Əliyevin Şuşanın işğalının 20 illiyi ilə bağlı imzaladığı fərmandan irəli gələn tədbirlər keçirilir.

"1747-ci ildə təməli qoyulan Şuşa həmişə Azərbaycanın şəhəri olub və belə də olacaq. Şuşa Azərbaycanın konservatoriyasıdır", - o deyib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycan həqiqətlərini bütün dünya bilir və anlayır ki, Şuşa Azərbaycanın incisidir. Eyni zamanda, Qarayev bildirib ki, Azərbaycan xalqının Şuşada yartdığı mədəniyyət abidələri məhv edilir, satılır.

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov isə tədbirdə bildirib ki, Şuşanın Azərbaycan tarixində özünəməxsus yeri var.

Onun sözlərinə görə, Azərbaycan öz ordusunun bugünkü qüdrəti, gənclərin mənəvi hazırlığı ilə Şuşanı azad etməyə qadirdir.

"Lakin Azərbaycan tərəfi işğal olubmuş torpaqların sülh yolu ilə qaytarılmasına çalışır. Bu baş tutmasa, istənilən vasitə ilə Şuşa və digər işğal altında olan torpaqlar qaytarılacaq", - Səfərov deyib.

Sonra tədbir iştirakçıları Muzey Mərkəzində təşkil olunan sərgi ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti