Bakı. Samir Əli - Trend:
Abşeron rayonunun Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsi müvəqqəti dayandırılacaq.
"Azərsu" ASC-dən Trend-ə verilən məlumata görə, Xırdalan şəhərində yeni çəkilmiş içməli su şəbəkəsinə birləşmələrin verilməsi və köhnə xətlərin ləğvi ilə əlaqədar 31 yanvar 2020-ci il tarixində gün ərzində şəhərin 26-cı məhəlləsinə və Quşçuluq massivi adlanan ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.