Bakı. Trend:
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi Qaydaları”nı təsdiq edib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə əsasən və “Xüsusi icra məmurları haqqında” 2025-ci il 14 iyul tarixli Qanunun tətbiqi ilə bağlı Prezidentin 2025-ci il 13 avqust tarixli 478 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub.
Yeni Qaydalar xüsusi icra məmuru olmaq istəyən şəxslərin müsabiqədən keçməsi, ilkin icbari hazırlıq prosesinin təşkili və staj müddətinin həyata keçirilməsi prosedurlarını müəyyən edir.
