...

Bu ilin 11 ayı ərzində İİV-ə yoluxan Azərbaycan vətəndaşlarının sayı məlum olub

Cəmiyyət Materials 1 Dekabr 2025 11:02 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin noyabr ayının sonuna kimi İİV-ə yeni yoluxma hallarının sayı 1130 nəfər olub.

Trend xəbər verir ki, bu fikirləri bu gün QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan konfransda çıxışı zamanı deyib.

O bildirib ki, xəstəliyə yoluxan şəxslərin 1109 nəfəri (98,0%) Azərbaycan vətəndaşları olmuşdur.

“İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 74,3%-i kişilər, 25,7%-i qadınlar olub.

Qeyd edilən dövr ərzində 71 nəfər QİÇS mərhələsinə keçmiş, 20 nəfər isə İİV-infeksiyasından dünyasını dəyişib”,-deyə mərkəz direktoru əlavə edib

Xəbər lenti

Xəbər lenti