...

Sürətli pul köçürmə sistemləri vasitəsilə əməliyyatlar azalıb

İqtisadiyyat Materials 1 Dekabr 2025 11:11 (UTC +04:00)
Sürətli pul köçürmə sistemləri vasitəsilə əməliyyatlar azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin noyabrın 1-nə Azərbaycanda sürətli pul köçürmə sistemləri ilə banklara 2,762 milyon ədəd əməliyyat üzrə 1,463 milyard manat vəsait daxil olub.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 605,8 milyon ədəd və ya 18%, vəsait həcmi üzrə isə 210,5 milyon manat və ya 12,6% azdır.

Eyni zamanda cari ilin noyabrın 1-nə Azərbaycanda sürətli pul köçürmə sistemlər ilə banklardan kənara 808,6 min ədəd əməliyyat üzrə 405 milyon manat vəsait köçürülüb. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 386,8 min ədəd və ya 32,3%, vəsait həcmi üzrə isə 122,8 milyon manat və ya 23,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti