Bakı. Trend:
Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda məişət zəminində iki qrup arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, odlu silaha və bıçağa əl atıldığı toqquşma nəticəsində azı 8 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Onlarında ikisi odlu silahdan açılan güllə yarası, altı nəfər isə kəsici-deşici bıçaq yaraları alıblar.
Davada iştirak edib yaralanmayan şəxslər isə polis tərəfindən saxlanılıb. İlkin məlumata görə, qanlı mübahisə borc üstündə düşüb.
