...

Azərbaycanda bu vaxtadək İİV-infeksiyasından vəfat edənlərin sayı açıqlanıb

Cəmiyyət Materials 1 Dekabr 2025 11:02 (UTC +04:00)
Azərbaycanda bu vaxtadək İİV-infeksiyasından vəfat edənlərin sayı açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2025-ci ilin noyabr ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 11 413 Azərbaycan vətəndaşı rəsmi qeydiyyata alınıb.

Trend xəbər verir ki, bu fikirləri QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan konfransda çıxışı zamanı səsləndirib.

F. Məmmədov bildirib ki, qeydiyyatda olanların 71,6%-ni kişilər, 28,4%-ni isə qadınlar təşkil edir.

“Ümumilikdə 1987-ci ildən cari ilin noyabr ayının sonunadək İİV-infeksiyasından dünyasını dəyişənlərin sayı 1 540 nəfər olub”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti