Bakı. Trend:
ABŞ və Ukrayna danışıqlar zamanı müzakirə olunan mümkün münaqişə sonu ssenarisinə görə, Kiyev faktiki olaraq NATO-ya daxil olmaq imkanından məhrum ola bilər.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Müzakirə iştirakçıları elə bir mümkün ssenarini nəzərdən keçiriblər ki, həmin halda Ukraynanın Qərb hərbi alyansına üzvlüyünə faktiki olaraq həmin razılaşmalar əsasında rədd cavabı verilə bilər. Həmin razılaşmalar isə NATO-ya üzv dövlətlərlə Moskva arasında birbaşa şəkildə razılaşdırılmalıdır”,- CNN məlumatlı mənbəyə istinadən bildirib.
Mənbənin sözlərinə görə, Ukraynanı NATO-ya üzv olmaq istəyindən “hüquqi baxımdan imtina etməyə məcbur etməyəcəklər”. Lakin əgər ABŞ Rusiya ilə ikitərəfli qaydada nəyisə razılaşdırmaq istəsə və ya Moskva alyansdan müəyyən çoxtərəfli təminatlar almaq istəsə, onda “Kiyev bu prosesə cəlb olunmayacaq”.
