...

Əmək pensiyalarının hesablanması mexanizminə dəyişiklik edilib

Cəmiyyət Materials 1 Dekabr 2025 11:02 (UTC +04:00)
Əmək pensiyalarının hesablanması mexanizminə dəyişiklik edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda etdiyi dəyişiklik edilib.

Trend xəbər verir ki, dəyişikliyə əsasən, əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçiriləcək.

Belə ki, qulluq stajına görə əmək pensiyasına əlavələri 50 faiz həcmində ödənilən və ya dayandırılmış şəxslərin işdən azad olunması ilə əlaqədar onların əmək pensiyasının əməkhaqqı (dövlət məvacibi) əsasında yenidən hesablanması müvafiq dövlət orqanının təqdim etdiyi forması arayışa əsasən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti