...

Tərtər və Ağstafada ev yanıb

Hadisə Materials 15 Noyabr 2017 11:21 (UTC +04:00)
Tərtər rayonu, Bayandur kəndində ümumi sahəsi 24 kv.m olan birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Tərtər və Ağstafada ev yanıb

Bakı. Trend:

Tərtər rayonu, Bayandur kəndində ümumi sahəsi 24 kv.m olan birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın söndürülüb.

Daha bir yanğın hadisəsi isə Ağstafa rayonunda qeydə alınıb. Rayonun Qarahəsənli kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyalari və ev əşyaları 12 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti