...

Bakıda dəmir yolundan oğurluq edən şəxs tutuldu

Hadisə Materials 19 Oktyabr 2018 13:55 (UTC +04:00)
Bakıda dəmir yolu stansiyasının ərazisindən oğurluq edən şəxs tutulub.
Bakıda dəmir yolundan oğurluq edən şəxs tutuldu

Bakı. Samir Əli - Trend:

Bakıda dəmir yolu stansiyasının ərazisindən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının sayıqlığı sayəsində dəmir yolu stansiyası ərazisindən oğurluq etməkdə şübhəli bilinən şəxs cinayət başında yaxalanıb.

Belə ki, oktyabrın 18-də saat 19 radələrində Bakı şəhər sakini Bayramalı Mirzəyev Əhmədli dəmir yolu stansiyasının ərazisindən 60 ədəd taxta şpal, 30 ədəd metal şpal altlığını, 60 ədəd şpal birləşdiricisini, 4 ədəd rels bağlayıcısını və digər əşyaları avtomobilə yükləyib apararkən Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti