Bakı. Trend:
Samuxda yanan evdən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 33 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1972-ci il təvəllüdlü Hüseynov Habil Mikayıl oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.