Bakı. Trend:
Bakı dairəvi avtomobil yolunun 7-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Trend-ə NİİM-dən bildirilib.
Bildirilib ki, qəza səbəbindən Lökbatan dairəsi istiqamətində sıxlıq yaranıb.
“Yol polisi əməkdaşları hazırda hadisə yerindədirlər. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür”, - məlumatda vurğulanıb.