Ağdam. Trend:
Ağdam şəhərində fəhlə yük maşınının altında qalaraq ölüb.
Trend-in yerli müxbiri xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən inşaat sahəsində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Camili Sabir hərəkətdə olan beton qarışdıran maşının altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
