...

BMT Baş Assambleyası Azərbaycan tərəfinin təklif etdiyi "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət Haqqında" Qətnaməni dəstəkləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Mart 2008 21:11 (UTC +04:00)
BMT Baş Assambleyası Azərbaycan tərəfinin təklif etdiyi "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət Haqqında" Qətnaməni dəstəkləyib

Azərbaycan, Bakı, 14 mart / Trend / Bu gün BMT Baş Assambleyası Azərbaycan tərəfinin təklif etdiyi "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət Haqqında" Qətnaməni dəstəkləyib.

BMT-dəki mənbənin bildirdiyinə görə, 39 ölkə "lehinə", yeddi - "əleyhinə" səs verib, 100 ölkə isə Qətnamə üzrə səsvermədə bitərəf qalıb.

Qətnamədə "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratmaqda davam etməsi" və Cənubi Qafqaz ölkələrində humanitar vəziyyətə mənfi təsir göstərməsi ilə bağlı ciddi narahatlıq bildirilir. Baş Assambleya üzv ölkələri Azərbaycanın suverenliyinə və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri hüdudlarında Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə və onu dəstəkləməyə çağırır. "Baş Assambleya yenidən bildirir ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyəti qanuni tanımamalı və bu vəziyyətin qalmasına yardım etməməli və yol verməməlidir", - qəbul edilmiş sənəddə deyilir. Sənəddə "erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və danışıqsız çıxarılmasının" vacibliyi vurğulanır. Qətnamə "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən qovulmuş əhalinin öz evlərinə qayıtmaq hüququnu təsdiqləyir və bu qayıdış üçün, münaqişədən zərər çəkmiş ərazilərin tam reabilitasiyası da daxil olmaqla, lazımı şəraitin yaradılmasının vacibliyini vurğulayır".

Xəbər lenti

Xəbər lenti