...

Azərbaycan və Ermənistan XİN başçıları konsensusa gəlməyə çalışacaqlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2007 14:54 (UTC +04:00)
Azərbaycan və Ermənistan XİN başçıları konsensusa gəlməyə çalışacaqlar

Azərbaycan, Bakı /müx. " S.Ağayeva / Azərbaycan və Ermənistan XİN rəhbərlərinin aprelin 19-da Belqradda keçiriləcək görüşündə Dağlıq Qarabağ münaqişəsinin konsensus əsasında həllinin yolları müzakirə olunacaq. Bu barədə bu gün jurnalistlərə açıqlama verən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, tərəflər hər hansı anlaşma əldə edə bilməsələr, danışıqlar prosesi davam etdiriləcək.

Bu dəfəki təmasları Praqa prosesinin davamı kimi xarakterizə edən Məmmədyarov bildirib ki, bu danışıqlar Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının iclası çərçivəsində baş tutacaq.

Xəbər lenti

Xəbər lenti