...

Azərbaycan müxalifəti parlament seçkisində blok şəklində iştirakla da heç nəyə nail ola bilməz - partiya sədri

Siyasət Materials 8 Noyabr 2008 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 noyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın müxalif Müsavat Partiyasının sədri Məclisin iclasında prezident seçkisində partiyanın öz namizədi ilə iştirak etməməsi ilə bağlı qərarın düzgün olduğunu deyib.

"Partiyamızın gələcək fəaliyyət planı hazırlanıb. Biz müxalifətin daha geniş tərkibdə əməkdaşlığının tərəfdarıyıq. Amma proses mərhələ - mərhələ aparılmalıdır", -- Trend -un məlumatına görə, şənbə günü Qəmbər bildirib.

Trend - un arayışı: Oktyabrın 15 - də keçirilmiş prezident seçkisindən sonra seçkidə iştirak etməyən müxalifət partiyalarının geniş koalisiyasının yaradılması istiqamətində danışıqlar başlanılıb.

Müsavat Partiyası 1911 - ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının III (Bərpa) Qurultayı 1992 - ci il noyabrın 7 - də Bakıda Respublika sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında, Qəmbər çoxluğu ilə Müsavat Partiyasının başqanı seçilib.

Qəmbər Azərbaycan parlamentinin spikeri (1992 -1993 - cü illərdə) və 2003 - cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya 4 nəfər deputatla parlamentdə təmsil olunur.

Onun sözlərinə görə, bir neçə müxalif hərəkat 2010 - cu il parlament seçkisində birgə iştirak etsə də, heç nəyə nail olmaq mümkün deyil.

"2005 - ci ildəki kimi, vahid blok yaradıb, növbəti parlament seçkisində birgə iştirak edə bilərik. Amma bu heç nəyi dəyişməyəcək", - Müsavat başqanı vurğulayıb.

Qəmbərin fikrincə, müxalif hərəkatların əsas vəzifəsi Azərbaycandakı siyasi vəziyyəti dəiyşmək olmalıdır. "Müxalifətin güclənməsi ilə yanaşı, cəmiyyət də fəallaşmalıdır", - müxalif partiya rəhbəri deyib.

"Partiyamızın 2009 - cu iil üçün nəzərdə tutulan fəaliyyət planı, hədəfləri digər müxalif hərəkatlara da təqdim olunacaq", - şənbə günü Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Məclisin iclasında bildirib.

Hacılının sözlərinə görə, gələn il Müsavat söz və mətbuat azadlığının təmin olunması, sərbəst toplaşmaq azadlığının bərpa edilməsi, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması, prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması istiqamətində daha çox çalışacaq: "Prezidentin səlahiyyətlərinin bir hissəsi parlamentəvə Nazirlər Kabinetinə verilməlidir", - Hacılı bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti