...

Roma papası Fələstinin suverenliyinə dəstəklə çıxış edib

Siyasət Materials 13 May 2009 12:48 (UTC +04:00)
Roma papası Fələstinin suverenliyinə dəstəklə çıxış edib

Roma papası XVI Benedikt fələstinlilərin suverenlik cəhdlərini dəstəkləyib. RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə o, çərşənbə günü İordan çayının işğal olunmuş Qərb Sahilində yerləşən Bifleem şəhərinə birgünlük səfəri zamanı bildirib. 

"Müqəddəs taxt-tac beynəlxalq səviyyədə tanınmış sərhədlərdə qonşularınız ilə sülh və təhlükəsizlik şəraitində yaşayan əcdadlarınızın torpaqlarında xalqınızın suveren Fələstin dövləti hüquqlarını dəstəkləyir", - deyə o, Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas ilə görüşdə bildirib. 

İki gün öncə İsrailə gəldiyi zaman verdiyi bəyanatı mahiyyət etibarı ilə təkrar edən XVI Benedikt bu konteksdə əhəmiyyətli dərəcədə tez-tez tələb olunan state (dövlət) sözünün əvəzinə yenidən homeland (vətən, milli ocaq) ingilis terminindən istifadə edib. 

Papanın Bibliya ənənəsinə əsasən İsa peyğəmbərin doğulduğu Bifleemə səfər proqramı şəhərin baş meydanında messa, uşaq xəstəxanaları və Fələstin qaçqınları düşərgəsinin ziyarətindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti