Gürcüstan, Tbilisi, 26 avqust / Trend , müxbir N.Kirsxaliya /
Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvili Axalqorskə altı min gürcünün qayıtması xəbərini təkzib edib.
"Axalqoriyə heç kim qayıtmayıb", - Yakobaşvili jurnalistlərə deyib.
"Bu doğru deyil. Onlar altı min gürcünü hardan tapıblar? Belə çıxır ki, Serovaniya (qaçqınların məskunlaşdığı qəsəbə) boşdur. İndiyədək Axolqoridə bu qədər sakin olmayıb, indi onlar hardan peyda oldular ", - dövlət naziri deyib.
Gürcülərin daimi yaşayış yerlərinə qayıtması barədə Cənubi Osetiyanın prezidenti Eduard Kokoytı bəyan edib.