...

Azərbaycan paytaxtında oğurluq etmiş Gürcüstan vətəndaşları saxlanılıb

Siyasət Materials 27 Oktyabr 2009 10:44 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə axşamı Trend News-a verilən məlumata görə, oktyabrın 26-sı S.Orucov küçəsində yaşayan İlqar Rufullayev saat 10-dan 14-dək evdə olmadığı müddətdə mənzilindən 2500 manat və qızıl-zinət əşyaları oğurlanıb.
Azərbaycan paytaxtında oğurluq etmiş Gürcüstan vətəndaşları saxlanılıb

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında oğurluq etmiş Gürcüstan vətəndaşları saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, oktyabrın 26-sı S.Orucov küçəsində yaşayan İlqar Rufullayev saat 10-dan 14-dək evdə olmadığı müddətdə mənzilindən 2500 manat və qızıl-zinət əşyaları oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin 34-cü, 35-ci, 37-ci və Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gürcüstan Respublikasının vətəndaşları Çinçaradze Qaqa Qeorqiyeviç və Şubaşvili Koba Sosoyeviç həmin gün tutulublar.

Onların üzərinə baxış keçirilərkən Çinçaradzedən 0,279, Şubaşvilidən isə 0,274 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti