Qırğızıstanda qarşıdurma zamanı azərbaycanlılar xəsarət alıblar

Siyasət Materials 19 Aprel 2010 21:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Qırğızıstanın paytaxtı Bişkək yaxınlığında yerləşən Mayovka kəndində baş vermiş qarışıqlıq zamanı azərbaycanlılar xəsarət alıblar. Bu barədə şahidlər məlumat verirlər.

Onların sözlərinə görə, türklər və qırğızlar arasında qarşıdurma nəticəsində xəsarət alan azərbaycanlılar hazırda xəstəxanalardadırlar, bir Qırğızıstan vətəndaşı və bir türk həlak olub.

Baş verən hadisələrin təfərrüatı barədə Azərbaycanın Qırğızıstandakı konsulluğundan məlumat almaq hələ mümkün olmayıb.

Mayovka kəndində soyuğunçuluq və qarışıqlıq davam edir.

"AKİpress"agentliyinin məlumatına əsasən, Moskva küçəsi ilə məscid istiqamətində iki DYP avtomobilinin müşayəti ilə pulemyotçuların olduğu dörd hərbi yük maşını böyük sürətlə hərəkət edib.

Saysız-hesabsız soyğunçuların nizamsızlığından narahat olan kənd sakinləri özünümüdafiə dəstələri yaradır. "AKİpress" həmçinin məlumat verir ki, təxminən 600 milis əməkdaşı BTR-in köməyi ilə kənddə patrul çəkir. Gənclərdən ibarət qrup torpaqların ayrılmasını tələb edir.

Agentliyin məlumatına görə, 500-dən çox yerli KİV-lərin "özbaşına qəsbkar" adlandırdığı şəxs türk-məshətilərin evlərinə hücüm ediblər, BMW və Mazda markalı iki avtomobil oğurlayıblar.

"24.kg" agentliyi bildirib ki, "Mond" qəzeti və KABAR dövlət informasiya agentliyinin baş verənləri fotoaparata köçürmək istəyən müxbirlərinə hücum olub.

Xəbər lenti

Xəbər lenti