...

Azərbaycan Penitensiar Xidmətin rəisi Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitənin birinci vitse-prezidentini qəbul edib

Siyasət Materials 6 İyul 2010 19:12 (UTC +04:00)
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Nazim Ələkbərov çərşənbə axşamı Azərbaycanda səfərdə olan Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitənin birinci vitse-prezidenti xanım Karola Landeri və Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Şuranın əməkdaşı Darmen Zhumadili qəbul edib.
Azərbaycan Penitensiar Xidmətin rəisi Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitənin birinci vitse-prezidentini qəbul edib

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Nazim Ələkbərov çərşənbə axşamı Azərbaycanda səfərdə olan Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitənin birinci vitse-prezidenti xanım Karola Landeri və Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Şuranın əməkdaşı Darmen Zhumadili qəbul edib.

Ələkbərov narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmiş və PX-nin tabe qurumlarında cəzalarını çəkən şəxslərin sayı, saxlanma şəraiti barədə məlumat verib. Məlumatı nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Lander təmsil etdiyi komitənin fəaliyyətinin əsas məqsədlərinin 195 ölkənin qoşulmuş olduğu Narkotiklərə nəzarət üzrə 1961-ci il Konvensiyasının tələblərinə əməl edilməsi, müvafiq çatışmazlıqların aradan qaldırılması üzv üzv dövlətlərin hökumətlərinə kömək göstərilməsindən ibarət olduğunu deyib.

Lander və Zhumadil mövcud vəziyyətlə tanış olduqdan sonra müvafiq nəticələrə əsaslanan və hüquqi yardımlarla bağlı tövsiyələrinin Azərbaycan tərəfinə təqdim olunacağını bildiriblər.

Xəbər lenti

Xəbər lenti