...

MDB PAA DİMBİ Bakı filialı Azərbaycanın beş bölgəsində parlament seçkisi ilə bağlı qərargah yaradıb

Siyasət Materials 11 Sentyabr 2010 14:46 (UTC +04:00)
MDB Parlamentlərarası Assambleyası Şurasının Katibliyinin Demokratiyanın, Parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (PAA DİMBİ) Bakı Filialının Azərbaycanın beş bölgəsində seçkilərin təşkili və gedişini izləmək üçün seçki qərargahları artıq sentyabrın 10-dan fəaliyyətə başlayıb.
MDB PAA DİMBİ Bakı filialı Azərbaycanın beş bölgəsində parlament seçkisi ilə bağlı qərargah yaradıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir T.Hacıyev/

MDB Parlamentlərarası Assambleyası Şurasının Katibliyinin Demokratiyanın, Parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (PAA DİMBİ) Bakı Filialının Azərbaycanın beş bölgəsində seçkilərin təşkili və gedişini izləmək üçün seçki qərargahları artıq sentyabrın 10-dan fəaliyyətə başlayıb. Bu barədə şənbə günü qurumun mətbuat xidməti məlumat yayıb.

"Qərargahlar Bakı, Sumqayıt, Lənkəran, Gəncə və Şəkidə fəaliyyətə başlayıb. Hər bir qərargahda 4 ekspert fəaliyyət göstərir. Ekspertlər seçkilərə hazırlıq, seçkilərin təşkili və keçirilməsi üzrə monitorinqlər həyata keçirəcəklər", - məlumatda deyilir.

Hazırda MDB PAA-nın DİMBİ Bakı filialı, qərargahları da daxil olmaqla, 29 eksperti seçki prosesinə uyğun olaraq müxtəlif istiqamətlərdə monitorinqlər həyata keçirir.

Seçki qərargahları noyabrın 10-dək fəaliyyətlərini davam etdirəcəklər. Monitorinq və müşahidə nəticələri MDB PAA-nın aralıq hesabatında öz əksini tapacaq.

Azərbaycanda parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti