...

Xarici səyahətçilər Zəngilanın Ağalı kəndində olublar (FOTO)

Siyasət Materials 10 Sentyabr 2022 08:33 (UTC +04:00)
Xarici səyahətçilər Zəngilanın Ağalı kəndində olublar (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Zəngilan. Trend:

Xarici səyahətçilər Zəngilanın Ağalı kəndində olublar.

Trend-in müxbirinin verdiyi məlumata görə, onlara bərpa işləri haqqında danışılıb.

Zəngilanın Ağalı kəndi haqqında həmçinin “Ağıllı kənd”in üstünlükləri barəsində səyahətçilərə məlumat verilib.

Qeyd edək ki, 20-dən çox ölkədən gəlmiş məşhur səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri təşkil olunub.
Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People-Ən çox Səyahət Edən İnsanlar) klubunun təsisçisi Çarlz Veleydir.

3 gündür davam edən səfərdə səyahətçilər ilk günü Şuşa və Ağdam şəhərlərini, ikinci günü Füzuli, Xocavənd rayonu, bu gün-son gün isə Zəngilan və Cəbrayılı ziyarət edəcəklər.

Sentyabrın 10-dək davam edəcək səfər işğaldan azad edilmiş ərazilərin “qara turizm” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti